Türkiyə-Suriya sərhəd zastavasında atışma baş verib

Türkiyənin Suriya ilə sərhəddində yerləşən Şanlıurfa vilayətinin Ceylanpınar rayonu qarşı tərəfdən atəşə tutulub. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Suriyanın Telhanzır kəndindən açılan atəş nəticəsində 3 türk sərhədçi ölüb. 

Hadisə yerli vaxtla saat 00.30-da (Bakı vaxtıyla 02.30) Ceylanpınar rayon mərkəzindən 15 km uzaqda yerləşən Göyçayır məhəlləsində baş verib. 

Atəş açılmasından sonra bölgəyə Ceylanpınar və Şanlıurfadan çox sayda xüsusi təyinatlı əsgər cəlb olunub və sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilib. 

Məlumata görə, Telhanzır kəndi son günlər İŞİD terrorçuları ilə YPG-lilər arasında insidentin davam etdiyi bölqə halına gəlib. /

Google+ WhatsApp ok.ru