ABŞ-da dinlərarası dialoq üzrə dünyanın ən böyük toplantısı keçiriləcək

Dinlərarası dialoq üzrə dünyanın ən böyük toplantılarından biri olan "Dünya Dinləri Parlamenti"nin bu dəfəki toplantısı 15-17 oktyabrda ABŞ-ın “Yuta” əyalətinin “Solt Lic Sity” şəhərində keçiriləcək.
 
Maide.az xəbər verir ki, son iki gün ərzində dünyanın 80-dan çox ölkəsindən müxtəlif dinlərin ardıcıllarından ibarət 11 mindən çox insan “Solt Lic Sity” şəhərindəki “Solt Pels” Konfrans Mərkəzində  dünyanın ən böyük dinlərarası konfransında iştirak edəcək.
 
Dünya Dinlər Parlamentinin Qəyyumlar Şurasının ilk müsəlman sədri Əbdülmalik Mücahid   tədbirin keçirilməsi üçün hazırlıq işlərinin aparıldığını deyib. 
 
Qeyd edək ki, bu ilki tədbir sayca beşinci konransdır. Bu parlament 120 il bundan əvvəl, 1893-cü ildə təsis edilib. Tibet buddistlərinin lideri Dalay Lama da konfransa qatılacaqmış, lakin səhhətindəki problemlər səbəbindən iştirak edə bilməyəcək. /
 

Google+ WhatsApp ok.ru