Daha bir Hizbullah komandiri Suriyada şəhid olub

Hizbullah komandırlərindən daha biri Suriyanın “Həma” vilayətində təkfirçi terrositlər tərəfindən şəhid edilib.
 
Maide.az xəbər verir ki, Suriyada Hizbullah komandırlərindən daha birinin şəhid olması xəbəri yayıldı.
 
Hizbullah komandırlərindən  “Hacı Əburza” ləqəbli şəhid “Məhdi Həsən Übeyd” Suriyanın “Həma” vilayətində təkfirçi terrositlərlə döyüşdə şəhidlik zirvəsinə ucalıb.
 
“Hizbullah”a mənsub şəhid Livanın cənubunda “Ənsariyyə” kəndinin sakini olub və onun cənazəsi yaxın günlərdə doğulduğu kənddə torpağa tapşırılacaq.
 
Bir neçə gün əvvəl də Hizbullahın yüksəkrütbəli komandirlərindən olan “Əbu Mohəmməd- əl-İqlim” və ya “Hacı Mahir” ləqəbi ilə tanınan “Həsən Hüseyn-əl-Hac” Suriyanın “Həma” vilayətində təkfirçi terrositlərlə qarşıdurmada şəhid edilmişdi.
 
Müqavimət qüvvələri son günlərdə Suriyanın “Həma” bölgəsində yerləşən Səhl-əl Ğab rayonu ərazisində genişmiqyaslı əməliyyata başlayıblar. İndiyədək bu əməliyyat müqavimət qüvvələrinin irəliləməsi və onlarla terroristin məhv edilməsi ilə müşayiət olunub. /
 

Google+ WhatsApp ok.ru