ABŞ-da etiraz akisyası: Rohingiya müsəlmanalarına qarşı soyqırımı dayandırın

ABŞ-da etiraz akisyası: Rohingiya müsəlmanalarına qarşı soyqırımı dayandırın

ABŞ-ın Nyu-York şəhərində etiraz aksiyası keçirlib. 
 
Maide.Az xəbər verir ki, etirazçılar Myanmardakı Rohingiya müsəlmanlarına qarşı qətliam və zoraqkılıqları pisləyiblər. 
 
Myanmarın Nyu-Yorkdakı daimi nümayəndəliyinin qarşısında toplaşan etirazçılar bu ölkədə müsəlmanları qətliamına və onlara qarşı zorakılıqlara son verilməsini tələb ediblər. 
 
Etirazçılar Rohingiya müsəlmanlarına qarşı qətliamı “soyqırım” adlandırıb və onun dayandırılmasını tələb ediblər. "Bu cinayətlərdə əli olan hər kəs cəzalandırılmalıdır. Bizlər Burmada baş verənlərə görə narahat olan amerikalılarıq. Son bir neçə aydır ki, minlərlə rohingiyalı öldürülür, bir çox müsəlman həbs olunub və 150 mindən çox insan ərzaq və tibbi yardım çatışmamazlığından əziyyət çəkir. Onlarla qadın zorakılığa məruz qalıb, 1200-dən çox ev dağıdılıb və yandırılıb. Ən az 30 min insan evlərindən didərgin düşübdür”.
 
Qeyd edək ki, Rohingiya adlanan Myanmarın Raxin vilayətinin müsəlmanları 2012-ci ildən ifratçı buddistlərin qırğınlarının hədəfinə çevrilib. 
 
Myanmar dövləti Rohingiya müsəlmanlarının vətəndaşlıq hüquqlarını qəbul etməyərək onları qeyri-qanuni mühacir adlandırır.  
 
 
 
 

Google+ WhatsApp ok.ru