ABŞ-da iki polis əməkdaşı qətlə yetirilib

ABŞ-ın Hattiesburg şəhərində iki polis əməkdaşı öldürülüb.
 
Maide.az Azadlıq radiosuna istinadən xəbər verir ki, hadisə polislərin sürət həddini keçmiş avtomobili saxlaması zamanı baş verib. Üç nəfər şübhəli həbs edilib. Onlardan ikisi qardaşdır.
 
Polis bildirir ki, hələ də qətlin motivləri dəqiq bilinmir, araşdırma davam edir.

Google+ WhatsApp ok.ru