Misir ordusu Rəfahda 3 məscid və bir neçə evi partladıb

Maide.az-ın məlumatına görə, dünən gecə Qəzzə zolağının cənubunda yerləşən Rəfah və Xan Yunus şəhərlərində güclü partlayışlar baş verib və məlum olub ki, bu partlayışlar misirli hərbçilər tərəfindən Sinada üç məscid və bir neçə evin partladılmasından qaynaqlanıb. 
 
Misir ordusu Əbdulfəttah Əl-sisinin bu ölkənin prezidenti olmasından bəri mühasirədə olan Qəzza sakinlərinin zəruri malları Qəzzaya göndərmək üçün istifadə etdiyi tunellərin dağıdılması əməliyyatını gücləndirib.
 
Digər tərəfdən, Misir dövləti qərara alıb ki, Sina məntəqəsində terrorizmlə mübarizə bəhanəsi ilə Rəfah şəhərini boşaldaraq, Misir ilə Qəzza zolağı arasında neytral zona yaratsın.

Google+ WhatsApp ok.ru