ABŞ-da iki təyyarə toqquşub: nümayəndələr palatasının deputatı və daha 6 nəfər ölüb 01 Avqust 2020 08:01 Dünya Alyaskada (ABŞ) iki kiçik təyyarənin toqquşması nəticəsində aralarında ölkənin nümayəndələr palatasının deputatı Harri Knop olmaqla 7 nəfər ölüb. Hadisə Kenay yarımadasındakı Soldotna aerodromu yaxınlığında baş verib. ABŞ Federal aviasia idarəsi göyərtəsində altı sərnişini olan tək mühərrikli "Havilland DHC-2" və digər kiçik "Piper Aztec" təyyarələri havada toqquşub. Nəticədə altı nəfər hadisə yerində, daha bir nəfər xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən həlak olublar. H.Knopun ölümü ilə bağlı məlumat siyasətçinin həmkarları tərəfindən təsdiqlənib. Federal aviasiya idarəsi və milli təhlükəsizlik şurası araşdırmalar aparır.Trend / Teqlər : #ABŞ,#təyyarə toqquşub,#nümayəndələr palatası,#deputat , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kəbə örtüyü dəyişdirildi - FOTO İraq parlamentinə erkən seçkilərin keçiriləcəyi vaxt açıqlanıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO