ABŞ-da insanlar etiraz etdi: 4 polis öldürüldü

ABŞ-da insanlar etiraz etdi: 4 polis öldürüldü

Amerika polisi bildirir ki, Texas ştatının Dallas şəhərində  polisə atəş açılıb  və nəticədə 4 polis nəfəri  öldürülüb.

Maide.Az xəbər  verir ki, məlumatda  daha 11 polis nəfərinin  yaralandığı bildirilir. 

Polislərə atəş elə bir vaxta  açılıb ki,  ABŞ-ın Dallas şəhərində (Texas ştatı) bütün gecə minlərlə  insan etiraz aksiyası  keçirib.

Aksiya  iğtişaşlara çevrilib. Etirazlar polis əməkdaşları tərəfindən iki qaradərili şəxsi qətlə yetirilməsindən sonra başlayıb.

Məlumatda bildirlir ki, polislərə atəş açıldıqdan sonra bir neçə nəfər saxlanılıb,lakin onları aksiyada iştirak  etdikləri  üçün yoxsa polislərə atəş açdıqları üçün  saxlanılması  bildirilməyib. 
 
 

 

Google+ WhatsApp ok.ru