Səudiyyə Ərəbistanındakı hücumların pərdəarxası

Səudiyyə Ərəbistanındakı hücumların pərdəarxası

Livanlı təqaüdçü general-leytenant Əmin Hadid Səudiyyə Ərəbistanında baş verən son zamanlardakı terror hücumlarını Səud sülaləsi içərisində taxt mübarizəsinin nəticəsi kimi qiymətləndirib.

Əmin Hadid Peyğəmbər məscidi və Katif şəhərində baş verən kamikadze hücumları ilə əlaqədar olaraq "Bu partlayışların iki səbəbi ola bilər. Birincisi Səud sülaləsi arasında taxt mübarizəsində tərəflərin bir-birilərini sıradan çıxarmaq istəyidir. Partlayışlardan sonra ümumi mənzərəyə baxanda ölkə təhlükəsizliyindən Məhəmməd ibn Naifin məsuliyyət daşıdığı və ölkənin etibarsız olma səbəbi kimi o təqdim olunur", deyə vurğulayaraq bir həftə içərisində Mədinədə üç ayrı partlayışın baş verdiyini bildirib. Bundan başqa, Əmin Hadid Səudiyyə Ərəbistanında baş verən partlayışlar ilə bağlı ikinci təhlilində isə kamikadze hücumlarını, xüsusilə İraqın Fəlluca şəhərində və Suriyada ağır məğlubiyyətlərə məruz qalan İŞİD-in mesajı olaraq gördüyünə işarə edib. "İŞİD, xüsusilə Suriyanın şimalındakı məğlubiyyətlərin səbəbkarı olaraq özünü hərbi təchizatla təmin edən Səudu görürdü", deyə bildirən Emin Hatit Səudiyyə Ərəbistanındakı terror aktlarını Riyada qarşı bir İŞİD mesajı kimi dəyərləndirib. Əmin Hadid son olaraq həcc ziyarəti üçün Səudiyyə Ərəbistanında olan hacıların təhlükəsizliyi məsələsində Səudun məsuliyyət daşıdığına işarə edərək "Bu hərəkətlər bizə yaxşı mesajlar vermir. Ancaq Səud zəvarların təhlükəsizliyini təmin etmək məcburiyyətindədir", deyə vurğulayıb. (eastnews)

 

Google+ WhatsApp ok.ru