ABŞ-da irqçiliyə qarşı etirazlar davam edir - VİDEO 27 Aprel 2015 01:00 Dünya Baltimur şəhər polisi bazar günü irqçiliyə qarşı etirazların şəkillərini çəkmək istəyən bir fotoqrafı çox ağır şəkildə döyüb. Baltimura polis irqçiliyinə qarşı insanların aksiyalarını əks etdirmək üçün gedən J.M.Jiordano polis qüvvələrinin maneəsi ilə üzləşib. Onun dediyinə görə, Polis bu etirazların şəkillərinin çəkilməsinin qarşısını almaq istəyirmiş. Polisin bu fotoqrafla davranışını əks etdirən videoda videonu çəkən şəxs "o fotoqrafdır, o jurnalistdir" deyə qışqırır. Bununla belə polis qüvvələri fotoqrafı döyməyi davam etdirirlər. Bundan əlavə yerli medialar məlumat veriblər ki, Baltimurda bazar günü etirazları zamanı polis ən azı 12 nəfəri həbs edib. Amerikanın Baltimur şəhəri ötən həftədən polisin həbs etdiyi zaman kobudluğu nəticəsində onurğa sütunu sınan və bir neçə gün sonra vəfat edən qaradərili gənc Fredi Qarrinin ölümü ardınca irimiqyaslı etirazların şahidi olmuşdur. Teqlər : #ABŞda irqçiliyə qarşı etirazlar davam edir VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nursultan Nazarbayev yenidən Qazaxıstanın prezidenti seçildi Pakistanda sel fəlakəti nəticəsində 37 nəfər həlak olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO