Pakistanda sel fəlakəti nəticəsində 37 nəfər həlak olub

Pakistanın şimal-qərbində baş verən sel daşqınları nəticəsində 37 nəfər ölüb, 200-dən çox insan isə xəsarət alıb. 
 
APA-nın “Reuters”ə istinadən məlumatına görə, güclü leysan yağışları nəticəsində sel daşqını yaranıb. Təbii fəlakət nəticəsində minlərlə insan evsiz qalıb. 
 
Pakistanın informasiya naziri Hayber Pahtunva Müştaq Qani fəlakət zonalarında fövqəladə vəziyyət elan olunduğunu, Peşavar vilayətindəki hava limanında bütün uçuşların təxirə salındığını bildirib./
 

Google+ WhatsApp ok.ru