ABŞ-da islamafobiya qüvvətlənir - Bir həftəyə 3 hücum

ABŞ-da islamafobiya qüvvətlənir - Bir həftəyə 3 hücum

ABŞ-da islamafobik hücumlar Donald Trampın seçilməsindən sonra daha da qüvvətlənib.
 
Yurdsuz biri Dankin kafesində müsəlman bir qadına hücum edib. O, əvvəlcə qadının üzünə qaynar qəhvə dolu fincanı ataraq ona hücum edib. Dankin kafesinin sahibi bildirib ki, yurdsuz kafeyə gəlib və ordakılardan qəhvə xahiş edib. Onun bu xahişinə qadınlardan biri  reaksiya verib. Hadisə haqqında polisə məlumat verən qadın bildirib ki, o qəhvə dolu fincanı yurdsuzun qarşısına qoyanda o terrorçular barədə nə isə səslənib. Qadın onun nə dediyini eşitməyib. 
 
"O daha sonra bizim qrupun yanındakı stolda oturdu (müsəlman xanımlar olan stola yaxın) və hey terrorçulardan danışmağa başladı. Qadınlar ona etiraz edir, o isə arqumentlər gətirməkdən yorulmurdu".
 
Daha sonra restoran sahibi bildirib ki, həmin qadınlardan biri onu "səfeh" adlandırıb. Elə həmin an yurdsuz qəhvəni onun üzünə atıb. 
 
"Qəhvə isti idi və qadını yandıra bilərdi. Daha sonra yurdsuz (N. Qrey) bununla da kifayətlənməyib qadını çantası ilə döyməyə başladı" -restoran sahibi bildirib. 
 
Ümumiyyətlə Donald Trampın prezident seçilməsindən sonra ABŞ-da islamafobik hərəkətlər şiddətlənməyə başlayıb. Bu hadisə artıq bu həftədə üçüncü belə hadisədir. Elə ayın Nyu Yorkda bir polisə hücum olunmuşdu və ona bu şəhərdə işləmək haqqının olmadığı söylənilib. Səbəb isə müsəlman olduğu göstərilib. Bu həftə isə bir polisin müsəlman olduğu üçün döyüldüyü və bir qadının qatarda təhqir olunması artıq bu hadisələrin geniş vüsət aldığını göstərir. (islaminsesi) /

Google+ WhatsApp ok.ru