ABŞ-da kiber hücumlar dayanmır

ABŞ-ın ən böyük kredit firmalarından Experian 15 milyon T-mobile müştərisinə aid şəxsi məlumatların kiber oğrular tərəfindən oğurlandığını açıqlayıb.
 
Maide.az xəbər verir ki, Experian-dan verilən açıqlamada son iki ildə T-mobile adlı GSM operatoru ilə müqavilə imzalayan 15 milyon amerikalının ad, doğum tarixi, ünvanı, sosial müdafiə, sürücülük vəsiqəsi və pasport nömrələri kimi mühüm məlumatlarının hakerlər tərəfindən oğurlandığı qeyd edilib.
 
Açıqlamada bildirilir ki, 15 sentyabrda ortaya çıxan oğurluqla bağlı istintaq açılıb.
 
Experiana qarşı kiber hücum, ABŞ-da bu il aşkar edilən onlarla "haklanma" hadisəsindən yalnız biri olaraq qeydiyyata düşüb.
 
Ölkədə indiyə qədər kiber hücuma məruz qalan digər təşkilatlar arasında General Motors, Ford, Düpon, Dou De Chemical, Motorola, Boeing, Cargill, Target, Amazon, AT&T kimi beynəlxalq şirkətlər də yer alır. Ancaq kompüter piratları təkcə şirkətləri və istehlakçıları hədəfə almır.
 
ABŞ-da federal müəssisələrdə çalışanların təhlükəsizlik araşdırmasını aparan və çıxışlarını mühafizə edən ABŞ Personal İdarəetmə Ofisi (OPM) də keçən aylarda haklanmışdı. 21 milyondan artıq federal işçinin şəxsi məlumatlarının oğurladığının ortaya çıxması, OPM direktoru Katherine Archuletanın istefasına səbəb olmuşdu.

Google+ WhatsApp ok.ru