ABŞ-da məktəbə təcavüz edənin kimliyi bilindi

ABŞ-ın Oreqon ştatında ali məktəbə edilən silahlı hücumu həyata keçirən təcavüzkarın 26 yaşlı Kris Harper Mercer olduğu açıqlanıb

Maide.az xəbər verir ki, Roseburq şəhərində təxminən 3 min tələbənin təhsil aldığı Umpqua ali məktəbində təşkil olunan silahlı təcavüzü həyata keçirənin kimliyi müəyyənləşdirilib. Təcavüzkarın 26 yaşında Kris Harper Mercer olduğu və məktəbə 4 silahla gəldiyi qeyd edilib.
 
Hadisədə ölənlərin sayına dair isə ziddiyyətli açıqlamalar var. Təcavüzdən dərhal sonra ABŞ mediasında yer alan xəbərlərdə ölü sayının 15 olduğu yer alıb. Daha sonra baş prokuror tərəfindən 13 olaraq açıqlanan ölü sayını Duqlas County şerifi Con Hanlin 10 olaraq dəyişdirib.
 
Hadisənin "kütləvi qırğın" sinfinə daxil olduğunu da qeyd edən Hanlin, bu səbəbdən ölənlərin adlarının hələ açıqlanmayacağını və suallara cavab verməyəcəklərini detib.
 
ABŞ Prezidenti Barak Obama isə Ağ Evdə keçirdiyi mətbuat konfransındakı çıxışında ABŞ-da məktəb şəhərciklərində baş verən zorakılıq hadisələrinin artıq adət halına gəldiyini deyib.

Google+ WhatsApp ok.ru