ABŞ-da müsəlmanın evi güllələndi, yaralanan var

ABŞ-ın Şimali Karolina ştatında Mecklenburg County-də bir müsəlmana aid evin güllələnməsi nəticəsində yaralanan qadın xəstəxanaya aparılıb. Qadının həyat yoldaşı müsəlman olduqıarə üçün atəşə tutulduqlarını bildirib.
 
Maide.az xəbər verir ki, polis evə ondan artıq güllənin dəydiyini bildirib. 
 
Ən qəribəsi odur ki, polis bu güllələrin atış təlimi zamanı dəyə biləcəyi ehtimalını irəli sürüb. Amma nədənsə unudub ki, ev poliqonun ortasında deyil, şəhərin mərkəzində yerləşir.
 
Adının Əbdül olduğu bildirilən müsəlman ev sahibi isə verdiyi açıqlamada silah səsləri eşitdiklərini, sonra da yatan arvadının ayağına güllə dəyidiyini deyib.
 
Ev sahibi açıqlamasının davamında, "biz müsəlman cəmiyyətin üzvüyük. Üç həftə əvvəl Chapel Hildə müsəlmanlara edilən hücumdan sonra hər kəs özünə "sonrakı hədəf mən olacağam?" deyə sual edir" söyləyib.

Google+ WhatsApp ok.ru