ABŞ-da müsəlmanların sayı iki dəfə artacaq 04 Yanvar 2018 02:00 Dünya -- 2050-ci ilədək 2050-ci ilədək ABŞ-da müsəlmanların sayı iki dəfə artacaq. Bunu Pew Tədqiqat İnstitutu ötən gün yayımladığı hesabatda bildirib. Maide.Az “Sputnik”ə istiandən xəbər verir ki, hesabatda deyilir ki, 2050-ci ilədək ABŞ-da müsəlmanların sayı 8 milyon nəfərdən çox olacaq. Bu rəqəm ölkə vətəndaşlarının ümumi sayının 2, 1 faizini təşkil edir. 2017-ci ilin statistikasına görə, hazırda ABŞ-da 3 milyon müsəlman yaşayır ki, ölkə əhalisinin 1,1 faizini təşkil edir. Araşdırmalara görə, 2040-cı ildə ABŞ-da müsəlmanların sayı yəhudilərin sayından çox olacaq. Amerikada əhalinin siyahıya alınması zamanı insanlardan onların din və məzhəbi haqqında sorğu sorulmadığı üçün bu ölkədə yaşayan müsəlmanların sayını təxmin etmək çətindir. Çünki heç bir rəsmi sənəd yoxdur. PEW Tədqiqat İnstitutu bu statistikanı ABŞ-da yaşayan müsəlmanların demoqrafiya, doğum nisbəti və miqrant sayının qiymətləndirilməsi ilə təxmin edir. Teqlər : #ABŞda müsəlmanların sayı iki dəfə artacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nəsrullah: Bölgədə böyük müharibə baş verərsə... “Müttəfiqlərimizi düzgün müəyyənləşdirməliyik”
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO