ABŞ-dan İsrail rejiminə qeyri-adi reaksiya

Ağ Ev İsrail rejiminin İordan çayının qərb sahilində 450 mənzil tikintisi qərarı ilə əlaqədar olaraq İsrailin yeni məskunlaşma fəaliyyətlərini qeyri-qanuni gördüklərini və bunun iki dövlətli bir nəticə hədəfinə zərər verdiyinə inandıqlarını bildirib.
 
Maide.az xəbər verir ki, Ağ Ev sözçüsü Coş Earnest gündəlik mətbuat brifinqində İsrail rejiminin Baş naziri Binyamin Netanyahu hökumətinin 450 mənzilin inşası üçün tender elan etməsilə bağlı sualı cavablandırıb.
 
Earnest, "İsrailin yaşayış fəaliyyətlərinə dair mövqeyimizi daha əvvəl də müxtəlif şəkildə dəqiq ortaya qoymuşduq. Məskunlaşmaların qeyri-qanuni olduğuna və iki dövlətli bir nəticə əldə edilməsi hədəfinə zərər verdiyinə inanırıq. Bunların zərərli təsirləri olacaq, Fələstinlilər ilə onsuz da yüksək səviyyədəki gərginlikləri daha da artıracaq və İsraili beynəlxalq sahədə daha da təkləyəcək", - deyə bildirib.

Google+ WhatsApp ok.ru