Ayətullah Əli Sistanidən `Diyanət` sualına cavab

İraqlı İslam alimi, Ayətullah Əli Sistani onunla görüşən türk alimlər vasitəsilə türk xalqına şiə və sünnilərin insani münasibətlərdə birlik, bərabərlik içində olmasının vacibliyi mesajını çatdırıb. 
 
Maide.az xəbər verir ki, Əhli-Beyt Fondunun nümayəndələrindən olan Rəhmanı Onurşan Ayətullah Əli Sistani ilə yüksək səviyyədə bir görüş keçirdiklərini və Sistaninin Türkiyə xalqına salam və dualarını çatdırdığını deyib.
 
Onurşanın bildirdiyinə görə, Sistani, "Ələvilər Əhli-Beyt məktəbinin bir parçasıdır, onların təcrid olmasına icazə verməyin və ələvi-sünni qardaşlığına vəsilə olun. Bu yolda atdığınız hər addım bütün dünyadakı nemətlərdən daha dəyərli və əhəmiyyətlidir", - deyərək ələvi və sünnilərin sosial əlaqələrinin də yaxşı olmasını istədiyini bildirib.
 
Bundan başqa, "nə üçün diyanətə bağlanmırsınız" sualına bu sözlərlə cavab verib: "Diyanətə bağlanmaq barədə çox sual verilir. Diyanətə bağlanmaq və oradan pul almaq əsla caiz deyil. Hətta İraqdakı alimlərə dövlətin aylıq maaşını qəbul etmədim. Din alimləri siyasi və dövlətə aid qurumlara bağlanmamalı, oradan aylıq məvacib almamalıdır."

Google+ WhatsApp ok.ru