ABŞ-da polis 18 yaşlı gənci güllələdi

Maide.az xəbər verir ki, ABŞ-da polisin iştirakı ilə törədilmiş daha bir güllələnmə hadisəsi qeydə alınıb. Belə ki, Kaliforniya ştatının Torrans şəhərində polis əməkdaşı onları hədələdiyi bildirilən 18 yaşlı gəncə atəş açıb.
 
Məlumatda bildirilir ki, gənc polisə şəhər tədris müəssisəsinin yanından zəng edib və girov götürdüyünü bildirib. Polis hadisə yerinə gəldikdə isə gənc onları tapança ilə hədələyib. Cavab olaraq polislər ona atəş açıblar və gənci yaralayıblar. O, ağır vəziyyətdə xəstəxanaya yatırılıb.
 
Sonradan məlum olub ki, güllələnən gəncin girov götürməsi haqqında məlumat yalan imiş. Müstəntiqlər gəncin hərəkətlərinin motivini anlamaq üçün onun şəxsi əşyalarını yoxlayırlar. Versiyalardan birinə müvafiq olaraq gənc intihar edərək deyil, təxribat törədərək polislər tərəfindən qətlə yetirilərək həyatına son qoymaq fikrinə düşüb.

Google+ WhatsApp ok.ru