İsrail rejimini müqavimət güclərinin aksiya qorxusu bürüdü

Suriyanın cənubunda Hizbullah müqavimət qüvvələrinə qarşı törədilən cinayətdən sonra Hizbullah hərəkatının baş katibinin irqçi İsrailə "Qəbirlərinizi hazırlayın" şəklində təhdidi sionist rejimdə qorxu havası yaratdığı bildirilir.
 
Maide.az xəbər verir ki, "Əl-Aləm" kanalının bildirdiyinə görə, terrorçu rejimin işğalındakı Fələstin ərazilərində sionistlərin hər an Hizbullahdan gələcək mümkün hücum üzündən sığınacaqlara köçməyə hazırlaşırlar. İsrail ordusunun da Livanla sərhədlərdəki əsgərlərini bir qədər geri çəkdiyi bildirilir.
 
Digər tərəfdən, bəzi sionist rəsmiləri Suriyada müqavimət qüvvələrinə qarşı cinayətdə İsrailin rolunun olmadığını deməyə başlayıblar. Analitiklər isə buna səbəb kimi qarşı tərəfin cavab verəcəyi ilə bağlı açıqlamalarını göstərirlər.

Google+ WhatsApp ok.ru