ABŞ-da polis 5 ayda 385 nəfəri öldürüb

ABŞ-da polisin xüsusilə zənci vətəndaşlara qarşı həddindən artıq güc istifadə etdiyi mübahisələri davam edərkən ölkənin aparıcı qəzetlərindən olan "Vaşinqton Post"un topladığı məlumatlara görə, bu ilin ilk beş ayında ABŞ polisinin təxminən 385 nəfəri öldürdüyü ortaya çıxıb.
 
Maide.az-ın məlumatına görə, gündə orta hesabla iki nəfərdən artıq insanın polis tərəfindən öldürüldüyünü qeyd edən qəzet, bu rəqəmin əvvəlki illərin rəsmi rəqəmlərindən iki dəfə çox olduğunu yazır.
 
Qəzetin internet saytında yayımlanan hesabatda, göstəricilərin xəbər saytları, polis açıqlamalıarı, internet və müvafiq qeyri-hökumət təşkilatlarının resurslarına istinadən hazırlandığı qeyd olunub.
 
Polis zorakılığının qurbanlarının üçdə ikisinin zəncilər olduğunu qeyd edən qəzet, öldürülənlərin 171-nin ağ, 100-nün qara, 54-nün ispan, 6-sının asiyalı, 3-nün digər 34-nün isə mənşəyinin müəyyənləşməyənlər kimi təsnifat edib.
 
Həmçinin son beş ayda öldürülən 385 nəfərdən 20-sinin qadın olduğu da qəzetin hesabatı arasında yer alıb.
 
Aralarında 18 yaşından kiçik 8 nəfərin də olduğu 385 qurbanın böyük əksəriyyətinin 25-34 yaş qrupuna aid olduğu müəyyən edilib.
 

Google+ WhatsApp ok.ru