ABŞ-da polis əməkdaşları 500 nəfəri öldürüb

2015-ci ildə ABŞ-da polis əməkdaşları tərəfindən öldürülənlərin sayı 500 nəfərə çatıb.
 
Bu barədə “Guardian” qəzeti öz araşdırmaları nəticəsində yazıb.
 
Nəşrin qeyd etdiyinə görə, ilin axırınadək öldürülənlərin sayı 1000 nəfərə çata bilər.
 
Onlardan 49,6%-ı ağdərili, 28,2% - qaradərili, daha 14,8%-ı latın amerikalılar olub. Öldürülənlərin əksəriyyəti (95,2%) kişilər olub, onlardan 21%-nın üstündə silah olub.
 
Son on il ərzində ABŞ-da polis əməkdaşları min dəfə vətəndaşlara atəş açsalar da, cinayət məsuliyyətinə cəmi 54 dəfə cəlb ediliblər. 

Google+ WhatsApp ok.ru