Sionist İsrail əsgərləri 10 fələstinlini həbs etdi

Sionist İsrail əsgərləri Qərbi Şəriyyədə 10 fələstinlini həbs etdi
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, sionist İsrail ordusu Twitter səhifəsi vasitəsilə həbslərlə bağlı açıqlama verib.
"Qərbi Şəriyədə zorakılıq hadisələrində iştirak etdikləri səbəbilə 10 fələstinlini saxlanılıb. Həbs olunanların istintaq üçün müvafiq qurumlara göndərilib”.
Açıqlamada həbs əməliyyatlarının keçirildiyi şəhərlərə dair ətraflı məlumat verilməyib.
Sionist İsrail qüvvələri, Qərbi Şəriyyə ilə Şərq Qüdsdə tez-tez basqınlar təşkil edərək, müxtəlif ittihamlarla fələstinliləri həbs edirlər.
Fələstin Əsirlər Nazirliyi hesablamalarına əsasən, sionist İsrail rejiminin həbsxanalarında 7 minə yaxın fələstinli məhbus var./

Google+ WhatsApp ok.ru