ABŞ-da prezidentliyə respublikaçı namizədlərin ilk onluğu açıqlanıb 05 Avqust 2015 01:00 Dünya “Fox news” media şirkəti ABŞ prezidentliyinə 10 respublikaçı namizədin adını açıqlayıb. Onlar teledebatlarda iştirak edəcəklər. Siyahıda milyarder Donald Tramp, Florida ştatının sabiq qubernatoru Ceb Buş, Viskonsin ştatının qubernatoru Skott Uoker, Arkanzas ştatının sabiq qubernatoru Mayk Xakabi, təqaüdə çıxmış keçmiş neyrocərrah Ben Karson, Texas senatoru Ted Krus, Florida ştatından senator Marko Rubio, Kentukki ştatının senatoru Rend Pol, Nyu Cersi ştatının qubernatoru Kris Kristi və Ohayo ştatının qubernatoru Con Keysiçin adı var. Sonuncu dəfə keçirilmiş 5 ümumilli anket əsasında formalaşan siyahıya Donald Tramp liderlik edir. Sonrakı yerlərdə isə Buş və Uoker qərarlaşıb. Texasın keçmiş qubernatoru Rik Perri, Pensilvaniya ştatından olan senator Rik Santorum isə “əsas siyahı”dan kənarda qalıblar. Siyahıya daxil olmayan 7 nəfər xüsusi müzakirələrə dəvət olunub. Perri və Santoriumla yanaşı, Luiziana ştatının qubernatoru Bobbi Cinal, HP-nin sabiq rəhbəri Karli Fiorina, Cənubi Karolinadan olan senator Lindsi Qrem, Nyu Yorkun keçmiş qubernatoru Corc Pataki və Virciniyanın keçmiş qubernatoru Cim Qilmor da müzakirələrdə iştirak edəcəklər. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabrın 8-də baş tutacaq. Teqlər : #ABŞda prezidentliyə respublikaçı namizədlərin ilk onluğu açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həmas müqavimətin davamına təkid edib Küveyt terror partlayışı şübhəlilərinin etirafı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO