Həmas müqavimətin davamına təkid edib

Fələstin İslam Müqaviməti Hərəkatı Həmasın Siyasi Bürosunun sədri sionist rejimə qarşı müqavimətin davam etdirilməsini vurğulayıb.
 
Maide.az "Qüds" agentliyinin məlumatına istinadən xəbər verir ki, Həmasın Siyasi Bürosunun sədri Xalid Məşəl ötən il sionist rejimin Qəzzəyə qarşı 50 günlük hücumlarının fələstinli şəhidlərindən bir neçəsinin ailəsi ilə telefon söhbətində deyib: "Fələstinlilər sionist rejimə qarşı müqavimət seçiminə təkid etməkdə davam edirlər. Fələstinli şəhidlərin qanı Fələstinin azad edilməsinin yoludur və sionist rejim caniləri beynəlxalq məhkəmələrdə mühakimə olunmalıdırlar."
 
Xalid Məşəl həmçinin vurğulayıb ki, 18 aylıq fələstinli körpənin yandırılması və digər üç fələstinlində şiddətli yanığın yaranmasına səbəb olmuş Duma qəsəbəsində fələstinlilərin evlərinin yandırılması cinayətinin amilləri mühakimə edilməlidirlər.

Google+ WhatsApp ok.ru