ABŞ-da İraqlı foto çəkərkən öldürülüb

ABŞ-ın Texas ştatında İraqlı fotoqr yağan qarın şəkilini çəkərkən silahlı hücum nəticəsində öldürülüb.
 
Maide.az xəbər verir ki, "The Dallas Morning" qəzetinin yazdığına görə, 36 yaşlı Əhməd Əl Cumayli Dallas şəhərində ailəsilə fotoşəkil çəkərkən açılan atəş nəticəsində yaralanıb. Xəstəxanaya çatdırılan Əl Cumayli bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Cumaylinin 20 gün əvvəl İraqdan ABŞ-a gəldiyi bildirilir.
 
Cumaylinin Texasda yaşayan qayınatası Məhəmməd Altae kürəkəninin yeni həyata başlamaq üçün iş axtardığını söyləyib. Altae yeganə məqsədlərinin yaxşı bir evdə təhlükəsiz şəkildə yaşamaq olduğunu qeyd edərək, "Amma onun tapdığı yeganə şey ürəyinə girən güllə oldu" söyləyib. 
 
Amerika İslam Əlaqələri Şurası Cumaylinin ölümünün arxasında dini motivin olub olmadığının araşdırılması üçün müraciət edib.

Google+ WhatsApp ok.ru