Xəstə çeçen qadın ekstradisiya olunmayacaq

Beş ildir Türkiyədə yaşayan və Rusiyaya qarşı aparılan müharibədə iki övladını itirən 56 yaşlı çeçen Arubika Süleymanovanın Rusiyaya təhvil verilməyəcəyi bildirilir.
 
Maide.az xəbər verir ki, ekstradisiya üçün İstanbul Polis İdarəsi Əcnəbilər Şöbəsinin nəzarətxanasına salınan çeçen qadın dünən xəstəxanaya qaldırılmışdı. Süleymanova xəstəxanadan çıxandan sonra sərbəst buraxılıb.
 
Media orqanlarında və sosial mediada Süleymanovanın ekstradisiya edilməməsi üçün intensiv kampaniya başlamışdı.

Google+ WhatsApp ok.ru