ABŞ-da silahlı şəxs kilsədə 8 nəfəri qətlə yetirib

ABŞ-ın Cənubi Karolina ştatında naməlum silahlı şəxs kilsəyə daxil olaraq 8 nəfəri qətlə yetirib.
 
Bu barədə "The State" nəşri məlumat yayıb.
 
Məlumata görə, insident Çarlston şəhərində qeydə alınıb.  
 
Polis hadisəni törətməkdə şübhəli bilinən, əynində boz sviter və göy rəngli cins şalvar olan 21 yaşlı ağdərili şəxsi axtarır.  
 
Məlumata görə, hadisə yerinə altı təcili yardım maşını cəlb olunub.  

Google+ WhatsApp ok.ru