Dağıstanlı bankir 250 milyonu oğurlayıb Bakıdan Dubaya qaçdı 18 İyun 2015 01:00 Dünya Rusiya “Sberbank”ının Dağıstandakı şöbələrindən birinin rəhbəri bankdan 250 milyon rublu oğurlayaraq qaçıb. Bankın Qasımkənd şöbəsinin rəhbəri olan Zeydullah Əhədullayev mayın 18-də Rusiya Mərkəzi Bankının kassa-hesablaşma mərkəzindən iri məbləğdə nağd pul çıxararaq yoxa çıxıb. Ertəsi gün “Sberbank”ın Moskvadan göndərilmiş komissiyası şöbəni yoxlayıb və məlum olub ki, bankın cəmi 70 milyon rublu (1,4 milyon dollara yaxın) və 90 min ABŞ dolları çatışmır. Həmin pulların Əhədullayev tərəfindən çıxarıldığı təsbit edilib. Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, Əhədullayev təxminən 1,5 milyon dollar ekvivalentində (bankdan ümumən 250 milyon rubl aparılıb) olan pulla birlikdə həmin gün Azərbaycan sərhədini keçib. Bakıya gələrək buradan birinci reyslə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçub. “Sberbank” və hüquq-mühafizə orqanları bu məlumatı bir aya yaxın gizli saxlamağa çalışıblar. Hadisə barədə təsadüfən Dağıstan polisinin qısa kriminal xronikasından məlum olub. Dağıstanlı bankirin iri məbləğdə nağd pulu Azərbaycana keçirərkən və Bakıdan Dubaya apararkən gömrükdə bəyan edib-etmədiyi məlum deyil.(virtualaz) Teqlər : #Dağıstanlı bankir 250 milyonu oğurlayıb Bakıdan Dubaya qaçdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da silahlı şəxs kilsədə 8 nəfəri qətlə yetirib Bəşşar Əlcəfəri: ABŞ, İsrail və İordaniya terrorçulara təlim keçirlər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO