ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın Luiziana ştatında yüngül motorlu təyyarə qəzaya uğrayıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 2 nəfər ölüb. Qəza təyyarə havaya qalxdığı zaman, uçuş-eniş zolağından 270 m aralıda baş verib.
 
Hadisənin başvermə səbəbləri hələ ki, bəlli deyil. Ölənlərin şəxsiyyəti barədə məlumat verilmir. Təyyarədə digər sərnişinlərin olub-olmaması  barədə də məlumat yoxdur. Hazırda qəzanın səbəbləri araşdırılır. 

Google+ WhatsApp ok.ru