Amerikada illik İslam sərgi-konfrans keçirilib

Oktyabrın 13-də ABŞ-ın Şimali Karolina ştatının universitetində İllik İslam sərgi-konfrans keçirilb.

Maide.az xəbər verir ki, bu tədbir Şimali Karolina ştatında yaşayan müsəlman tələbələrin və Qadınlar mərkəzinin təşəbbüsü ilə artıq üç ildir ki baş tutur.

İllik İslam sərgi-konfrans keçirilməsindən məqsəd İslam dininin sülhsevər ideallarını Şimali Karolina cəmiyyətinə təqdim etməkdir.

Tədbirdə, qadınların İslam dinində mövqeyi və İslamda gender bərabərliyi haqqında düzgün təsəvvür yaradılmasına çalışıldı. Sərgi çərçivəsində İslam haqqında çıxışlar, Qurandan ruhlanmış incəsənət nümunələri və digər əyləncəli proqramlar nümayiş etdirildi.

Sərgi-konfrans iştirakçıları İslam dininin əsas prinsipləri və müsəlmanların mədəniyyətlərini təqdim edən pavilionlara baxış keçirdilər.

Pavilionlardan birində İslam dininin təməl prinsipləri haqqında söhbət açıldı və digər pavilionlarda isə Qərb mədəniyyətində İslamın məfhumu və onun reallıqla fərqi barədə bəhs olundu.

Ümumilikdə, İslam haqqında düzgün olmayan təsəvvürlərin aradan qaldırılması tədbirin əsas hədəflərindən idi.

Sərgiyə baxış keçirən İnsanlar çoxlu suallar soruşurub və təşkilatçılar həmin sualların cavablandırıblar. Çalışılıb ki, sərgiyə gələnlər dünya mediasının təqdim etdiyinin tam əksi olan İslam həqiqəti ilə tanış olsunlar.  /

 

 

 

Google+ WhatsApp ok.ru