ABŞ-da yaşayan sünni və şiə müsəlmanlar Ağ Ev qarşısında aksiya keçiriblər

Amerikada yaşayan sünni və şiə müsəlmanlar ötən gecə, 20 noyabrda İŞİD-in terror aktlarına etiraz olaraq Ağ Ev qarşısında toplaşıblar.
 
Maide.az-ın məlumatına görə, mərasim Paris, Beyrut, Misir və Malidə baş verən terror hadisələrinin qurbanlarına dua etməklə başlanıb.
 
Tədbir bir neçə çıxışla və terror qrubanlarının xatirəsinə şam yandırmaqla davam edib və Ağ Ev qarşısında yürüş keçirməklə başa çatıb.
 
Tədbirin təşkilatçıları qeyd ediblər: İslam, terrorizmi və radikallığı pisləyir və İŞİD eləcədə digər terror qruplaşmaları İslamı təmsil etmirlər.
 
Yürüşdə iştirak edən müsəlmanlardan biri Seyid Əşrəf deyib: Bizim mesajımız budur ki, biz İŞİD-ə bizim dinimizi oğurlamağa icazə vermirik.
 
O əlavə edib: Biz istəyirik ki, Amerika xalqı və bütün dünya bilsin ki biz müsəlmanlar sülhün və ədalətin yayılmasında və İŞİD kimi qüvvələrlə mübarizə aparmaqda israrlıyıq.
 
Tədbirdə iştirak edən digər müsəlman Həsən Əhməd də son bir neçə ay ərzində anti-islam ritorikasının artmasından təəssüf keçirdiyini bildirib.
 
Aksiyanın iştirakçısı olan müsəlman rəhbərlər sonda bu yürüşün Cəmiyyətdə sülhün və həmrəyliyin daha yaxından tanınmasına və güclənməsinə yardım edəcəyinə ümidvar olduqlarını ifadə ediblər. /

Google+ WhatsApp ok.ru