ABŞ-da Yunayted Hava Yolları müsəlman qadından üzr istədi

ABŞ Yunayted Hava Yollarına məxsus təyyarəsində irqi ayrı-seçkiliyə məruz qalan hicablı müsəlman qadından üzr istənildi.
Maide.az xəbər verir ki, şirkətin sözçüsü Çarlz Hobart Tahirə Əhməd adlı müsəlman qadından üzr istənilməsi barədə rəsmi məktubu “Assoşieytd Press” xəbər agentliyinə göndərib.
Xatırladaq ki, bir neçə gün öncə Tahirə Əhməd təyyarədə butulkada “Coca cola” istəmiş, stüardessa isə müsəlman qadının butulkanı silah kimi istifadə edəcəyini zənn edərək “Cola” verməkdən imtina etmişdi. Lakin, stüardessa bir neçə dəqiqədən sonra başqa bir müştəriyə butulkada içki verərək Tahirə Əhmədə sırf müsəlman olduğu üçün ayrı-seçkilik etdiyi nümayiş etdirib.
Üzr məktubunda qeyd edilib ki, stüardessa bundan sonra Yunayted Hava Yolları şirkətində çalışmayacaq:
“Səfər Yunaytedin öz səfəri olmamasına baxmayaraq Tahirə Əhməd bizim şirkətin müştərisidir. Təyyarədə yaşadıqlarından ötrü ondan üzr istəyirik”.
Qeyd edək ki, Tahirə Əhməd Northwestern Universitetində dinlərarası dialoq idarəçiliyini aparır./
 

Google+ WhatsApp ok.ru