Səudiyyə Ərəbistanın şərqində terror hücumu qurbanlarının dəfn mərasimi

Səudiyyə Ərəbistanın şərqində terror hücumu qurbanlarının dəfn mərasimi bu ölkə şiələrinin geniş iştirakı ilə keçirilib.
 
Maide.az xəbər verir ki, Livanın Əl-Məyadin telekanalının məlumatına görə, Səudiyyə Ərəbistan xalqından minlərlə nəfər dünən Dəmamda son terror hücumu qurbanlarının dəfn mərasimində iştirak edib.
Dəfn mərasimində iştirak edənlər  şüarlar verərək, Səudiyyə rejimin  başçılarından istəyib ki, bu ölkənin şiə bölgələrində oxşar hadisələrin baş verməsinə mane olsunlar. Mərasim iştirakçıları həmçinin Ali-Səud rejiminin təbliğat siyasətlərini şiələrə qarşı irqçilik və terror hücumlarının şiddətlənməsində mühüm amil adlandırıb və ayrı-seçkiliyin aradan qaldırılmasını tələb ediblər.  
Qeyd edək ki, ötən həftənin cümə günü Səudiyyə Ərəbistanın Dəmam şəhərində şiələrin məscidi ətrafında bomba partlaması nəticəsində dörd nəfər ölüb, on nəfər də yaralanıb. 
Ərəbistan Daxili İşlər Nazirliyi sözçüsü bildirib ki, bu terror əməliyyatının icraçısı Xalid Əlşimri adlı bir Ərəbistan vətəndaşı olub./

Google+ WhatsApp ok.ru