ABŞ: İŞİD Türkiyə üçün birbaşa təhdid yaradır

ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Jen Psaki İraq və Suriyada terror əsdirən, Türkiyə ilə Suriya sərhədindəki kürd bölgəsi Kobanini ələ keçirməyə çalışan İŞİD-in Türkiyəyə birbaşa təhdid yaratdığını söyləyib.
 
Maide.az-ın məlumatına görə, Psaki, Suriyada bufer zonası yaratmaq düşüncəsini heç zaman kənara qoymadıqlarını, ancaq hazırda bunu tətbiq etməyi düşünmədiklərini söyləyib. Bufer zonası mövzusunun Türkiyədən başqa ölkələrin də təklif etdiyini deyən Psaki, təklifi müzakirə etdiklərini, əlaqədar ölkələrlə görüşlərin aparıldığını söyləyib.

Google+ WhatsApp ok.ru