ABŞ-ın 30 şəhərində aksiya

ABŞ-ın 18 ştatında ən azı 30 şəhərdə bu ölkə polisinin zorakılıqlarına qarşı aksiya keçirilib.
Maide.az Russia Tuday-ə istinadən məlumat verir ki, çərşənbə axşamı Nyu-York şəhərində irqçilik əleyhinə etiraz aksiyası zamanı, aksiya iştirakçılarının Bruklin körpüsünü bağlamalarının ardınca, polis bir neçə nəfəri həbs edib. 
Aksiya iştirakçıları "qatil və zorakı polisin qurbanları üçün ədalət" şüarı verib, ABŞ-ın məhkəmə orqanlarından qatil polisləri mühakimə etmələri və həbsə atmalarını istəyiblər. 
Etiraz aksiyasında iştirak edənlər mövcud vəziyyətə etiraz edənlərə qarşı polis zorakılıqlarının durdurulmasını istəyərək, polis zorakılığının davam etməsinə görə bütün sistemin məsuliyyət daşıdığını bildirib. 
Çərşənbə axşamı keçirilən  etiraz aksiyası "kütləvi həbs şəbəkəsini durdurun" qrupu tərəfindən təşkil edilib. 
Bu qrup tərəfindən belə bir etiraz aksiyasının keçirilməsi ilə bağlı çağırışda deyilir: Qara və rəgnli dərililərin polis tərəfindən qətlə yetirilmələrinə son verilməlidir. 
Ferquson şəhəri ötən ilin yayında ağdərili polis zabitinin qaradərili yeniyetmə Maykl Braunu qətlə yetirməsinin ardınca geniş etiraz aksiyalarının şahidi olmuşdu. Bu etiraz aksiyaları daha sonra genişlənərək, ölkə səviyyəsində və hətta bəzi digər ölkələrə belə yayıldı. /

Google+ WhatsApp ok.ru