Almaniyada məscid yandırıldı 15 Aprel 2015 01:00 Dünya Almaniya Şimali Reyn-Vestfalya əyalətinin Vitten şəhərində olan “Sultan Əhməd” məscidi yandırılıb. Türkiyənin rəsmi din qurumu “Diyanət”ə bağlı fəaliyyət göstərən məsciddə yanğın törədilməsi təhlükəsizlik kamerası tərfindən çəkilib. Bildirilir ki, məscidə girən naməlum şəxsin əlində benzin bidonu olub və o, yanğını bununla törədib. Səhər tezdən sübh namazından əvvəl baş vermiş yanğın nəticəsində məscid istifadəyə yararsız hala düşüb, xalçalar və divarlar yanıb. Faktla bağlı bəyanat yayan “Diyanət”in yerli şöbəsi hadisənin müsəlmanlar arasında təşvişə səbəb olduğunu qeyd edib. “Vittendəki məscidə istiqamətlənmiş bu hücum bizi təşvişə salıb. Yeganə təsəllimiz hadisə nəticəsində insan tələfatının olmamasıdır. “Diyanət” olaraq son günlər məbədlərə istiqamətlənmiş hər cür hücumları nifrətlə və qərarlılıqla pisləyirik. Ümid edirik ki, Almaniya təhlükəsizlik qüvvələri hadisəni törədənləri qısa vaxt ərzində yaxalayaraq qanun qarşısına çıxaracaq. Bu cür mənfur hadisələrin bir daha təkrar olunmamasını təmənna edirik.” – deyə “Diyanət”in bəyanatında bildirilib. ans/ Teqlər : #Almaniyada məscid yandırıldı , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-ın 30 şəhərində aksiya Türkiyə ilk atom elektrik stansiyasını tikməyə başlayıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO