ABŞ-ın “Boeing” şirkəti 35 ildən sonra İranla ticarət əlaqələrini bərpa edib

ABŞ-ın “Boeing” şirkəti 35 ildən sonra İranla ticarət əlaqələrini bərpa edib.
 “Boeing”in 3 aylıq hesabatında “İran Air” şirkətinə ehtiyat hissələrinin satıldığı əks olunub.
“Boeing” şirkətinin nümayəndələri satış əməliyyatının Qərb dövlətlərinin İranla danışıqları çərçivəsində baş tutduğunu bildiriblər.
Qeyd edək ki, İranla aparılan nüvə müzakirələrində əldə olunan razılaşmaya əsasən ABŞ Maliyyə Departamenti aprel ayında “Boeing” və “General Electric” şirkətlərinə bəzi təyyarə ehtiyat hissələrinin İrana satılmasına icazə verib. apa/


 

Google+ WhatsApp ok.ru