İrlandiya Senatında Fələstin təklifi qəbul edildi

İrlandiya Parlamentinin üst qanadı olan Senat hökumətə Fələstinin tanınması çağırışı təklifini qəbul etdi. 60 üzvlü Senatın 31 üzvünün təklifi və imzasıyla müzakirə edilən təklif partiyalararası dəstək alaraq səsverməyə ehtiyac olmadan qəbul edildi.
 
Maide.az xəbər verir ki, Averil Power adlı senatorun təqdim etdiyi təklifdə, "Hökumət Fələstini rəsmi olaraq tanımalıdır və hər iki dövlətin vətəndaşlarının sülh və təhlükəsizlik içərisində yaşaya biləcəyi iki dövlətli bir həll yolunun təmin edilməsinə yardımçı olmalıdır", - deyib.
 
İrlandiya xarici işlər naziri Charlie Flanaganın mövzunu müzakirə etmək üçün gələn ay Senata gəlməsi gözlənilir.
 
İrlandiya-Fələstin Həmrəylik Kampaniyası təklifin qəbul edilməsinin İsrail rejiminin Fələstinin işğalına son qoyması mövzusundakı diplomatik təzyiqi artıracağı açıqlamasın verib. 
 
Sionist rejimin Dublin səfirliyi isə "Bu tip səsvermələrin sülh müddətinə zərər verdiyini" söyləyib.

Google+ WhatsApp ok.ru