ABŞ-ın ərəb ölkələrinə silah satışı Yaxın Şərq müharibələrini şiddətləndirib

Maide.az-ın məlumatına görə, "Nyu-York Times" qəzeti yazır ki, Amerika silahlarının Fars körfəzinin ətrafındakı ərəb ölkələrinə silah satışının artırılması ilə regionda yeni təhlükəli silah müsabiqəsinin perspektivi yaranıb. Səudiyyə Ərəbistanı Yəməndə müharibə üçün Boeing şirkətindən aldığı F-15 qırıcı təyyarələrindən istifadə edir. 
 
 
Məqalədə deyilir: "Birləşmiş Ərəb əmirlikləri pilotları da Lakhid Martin şirkətinin F-16 qırıcı təyyarələrindən istifadə edərək Yəmən və Suriyanı bombalayırlar. Bundan əlavə BƏƏ tezliklə qonşu ölkələrdə casusluq işlərini həyata keçirmək məqsədilə pilotsuz təyyarələrin satın alınması üçün General Automiks-la müqavilə imzalayacaq. Halbuki Yaxın Şərq daha çox vasitəçi müharibə, firqə toqquşmaları və terrorçu qruplaşmalarla üzləşir. Amerikanın təchizatı ixtiyarında olan, onlardan istifadə edən və daha çox silah istəyən region ölkələri bir sözlə Amerikanın müdafiə sahəsinin iqtisadiyyatının güclənməsinə kömək edirlər. Çünki Pentaqon büdcəsinin azalmasına görə xarici müştərilər ardınca gəzir."

Google+ WhatsApp ok.ru