İŞİD əl-Anbarda indiyə qədər 6000 nəfəri edam edib

İraqın əl-Anbar Vilayət Şurasının sədri bildirib ki, İŞİD terror qruplaşması bu vilayətə hücum və 2014-cü ilin sonlarında onu işğal etməsindən indiyə qədər 6000 nəfəri edam edib.
 
Maide.az xəbər verir ki, "əl-Sabe" xəbər portalının məlumata görə, Sabah Kərhut əlavə olaraq İŞİD-in Fəllucənin şərqində əl-Kərəmə şəhərində təxminən 1000 nəfər, Fəllucədə isə 1500 nəfəri edam etdiyini söyləyib. 
 
Kərhut deyib: "Ər-Rəmadinin qərb bölgələrinin İŞİD-in işğalına keçməsinin əvvəlindən də Əlbunəmər tayfasından 1000 nəfər edam oolunub və İŞİD tərəfindən oğurlanan bu köçəri tayfasının rəhbəri Şeyx Hatəm Əbdürrəzzaq əl-Nəmravinin həyatı naməlumdur. 
Əl-Anbar Vilayət Şurasının rəhbəri həmçinin xatırladıb: İŞİD əl-Anbarın qərbində təxminən 1000 nəfəri edam edib və digər qurbanlar da Ər-Rəmadinin şimal, şərq və cənub bölgələrinə aiddirlər." 

Google+ WhatsApp ok.ru