ABŞ-ın aviazərbələri nəticəsində həccə gedən zəvvarlar həlak oldu

İraqda Həccə getmək istəyən zəvvarlar ABŞ-ın Hərbi Hava Qüvvələrinin raket zərbələrinə məruz qalıblar, ölənlər var.
Maide.az-ın İraq KİV-lərinə istinadən məlumatına görə, hadisə nəticəsində bir neçə qadın və uşaq həlak olub.Həlak olan qadınlardan biri hamilə olub.

Verilən məlumata görə, zəvvarlar namaz qılmaq üçün avtobusdan eniblər. Bu zaman  ABŞ-ın Hərbi Hava Qüvvələrinin raket zərbələrinə məruz qalıblar. Bombardman nəticəsində həlak olanlar İraqda dəfn olunub. /

Google+ WhatsApp ok.ru