ABŞ-ın Bağdaddakı səfirliyində yanğın baş verib

ABŞ-ın Bağdaddakı səfirliyində yanğın baş verib

-- ötən gün

Ötən gün ABŞ-ın Bağdadda yerləşən səfirliyində yanğın baş verib 
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, yanğın ötən gün ABŞ Bağdaddakı diplomatik nümayəndəliyində baş verib. 
 
Hadisənin  diplomatik nümayəndəliyin elektrik enerjisini təmin edən generatorların birinə yanacaq dodlurulan zaman baş verdiyi bildirilir.  Hadisə yerinə yanğın söndürənlər gəlib və yanğın söndürülüb. 
 
Yanğın zamanı  xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır. 
 
ABŞ –ın Bağdaddakı diplomatik nümayəndəliyi dünyada ən iri diplomatik kompleksdir. Səfirlik ərazisi 42 hektar sahəni əhatə edir. 
 

Google+ WhatsApp ok.ru