ABŞ-ın borcu 19 trilyonu keçdi

ABŞ-ın rəsmi dövlət borcu 19 trilyon dolları keçib.
 
Maide.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Maliyyə Nazirliyi yayıb. Nazirlik dövlət borcunun 13,7 trilyonluq hissəsinin özəl investorların, ABŞ və xarici investisiya şirkətlərinin payına düşdüyünü bildirib. Dövlət borcunun yerdə qalan hissəsi isə daxili borclanmanın hesabına yaranıb.
 
ABŞ mətbuatı isə bu borcun böyük bir qisminin hazırkı hakimiyyətin dövründə yarandığını bildirib. Belə ki, Obama Administrasiyasından öncəki hakimiyyətin dövründə ABŞ-ın rəsmi dövlət borcu 10,6 trilyon dollar olub.

Google+ WhatsApp ok.ru