İŞİD terrorçularının Kərbəlaya keçidinin qarşısı alınıb

İraqın könüllü xalq qüvvələrinin Əbülfəzl Əbbas briqadaları yanvarın 21-də Ən-Nəqhəab rayonundan müqəddəs Kərbəla şəhərinə keçməyə cəhd göstərən 5 İŞİD yaraqlısını yaxalayıblar.
 
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, İŞİD yaraqlıları şəhərin ətrafındakı səhradan keçməklə Kərbəlaya daxil olmaq cəhdini İraq qüvvələrinin ayıq-sayıqlığı nəticəsində qarşısını almaq mümkün olub.
 
Yaraqlılar Kərbəla şəhərindəki təhlükəsizlik orqanlarına təhvil verilib və İraq qüvvələri buna görə, də Ən-Nəqhəab rayonunda əməliyyatlarını intensivləşdirib.

Google+ WhatsApp ok.ru