ABŞ-ın daha bir şəhərində Azan səsgücləndiricilər vasitəsilə yüksək səslə veriləcək

ABŞ-ın daha bir şəhərində Azan səsgücləndiricilər vasitəsilə yüksək səslə veriləcək

ABŞ-ın  Nyu Cersi əyalətinin (NJ) Paterson şəhərində  səsgücləndiricilər vasitəsilə azan oxunmasına icazə verilib. 
 
Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Paterson Şəhər Şurasında bir müddət gözləyən azanın səslə oxunması qanunu ötən gün şura tərəfindən səsvermə ilə qüvvəyə minib.
 
“Səs-küy tənzimlənməsi” başlığı altında müzakirə olunan qanun Şuranın sədri Maritza Davila da daxil olmaqla 5 nəfərin lehinə səsverməsi ilə qəbul edilib. 
 
Yeni qanuna görə, azanı şəhərdəki məscidlərdə səsgücləndiricilərdən istifadə etməklə oxumaq olar. Qanun səhər saat 06: 00-dan 22: 00-dək icra olunacaq.  Azan vermə müddəti isə 5 dəqiqədən çox olmayacaq. 
 
Qedy edək ki, ABŞ tarixində ilk dəfə 2004-cü ildə Miçiqan ştatının Hamtramck şəhərində azanın səsgücləndiricilər vasitəsilə verilməsinə icazə verilib.  Və daha sonra müsəlmanların çox yaşadığı ABŞ-ın  Dearborn-da da azanın səsgücləndiricilər vasitəsilə oxunmasına icazə verildi. 
 
Xatırladaq ki,  Paterson şəhərində  30 mindən çox müsəlman yaşayır.  Şəhərdə bir neçə məscid fəaliyyət göstərir.  
 

Google+ WhatsApp ok.ru