ABŞ-ın F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

ABŞ-ın Arizona ştatında ölkənin Milli Qvardiya Hərbi-Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb. Trend bu barədə RIA Novosti-yə istinadən xəbər verir.
 
Məlumatda deyilir ki, qırıcı təyyarənin qəzaya uğradığı rayondan qaz kəməri keçir. Şahidlər qəza zamanı partlayış gördüklərini deyiblər.
 
Hazırda hadisə yerində yanğın başlayıb./
 

Google+ WhatsApp ok.ru