İŞİD Kobanini vurdu; ölü və yaralı sayı 46

Türkiyənin Anadolu xəbər agentliyi təkfirçi-terrorçu İŞİD qruplaşmasının bu gün səhər Suriyanın Kobani şəhərinin mərkəzinə hücum etdiyini bildirib. Bu hadisədə 8 nəfərin öldüyü, 38 nəfərin isə yaralandığı bildirilir.
Maide.az xəbər verir ki, bu gün səhər saatlarından Kobani şəhərinin mərkəzində toqquşmalar şiddətlənib və İŞİD-in hücumları zamanı yaralananlar müalicə olunmaq üçün Türkiyəyə aparılıb. 
Kobani 4 ay davam edən döyüşlərin ardınca cari ilin yanvar ayının sonlarında azad edilmiş və Suriyadakı kürd qüvvələrin əlinə keçmişdi. 
Məlumata görə, İŞİD ünsürləri Şimal və Cənub istiqamətindən Kobani şəhərinə daxil olublar. Daha sonra şəhərin mərkəzində bomba quraşdırılmış bir yük maşınını partladaraq, kürd qüvvələrlə döyüşə başlayıblar. /

Google+ WhatsApp ok.ru