ABŞ-ın hərbi təyyarəsi Fars Körfəzində qəzaya uğradı

Amerika Dəniz Donanmasının sözçüsü deyib ki, bu ölkənin  qırıcısı dünən Fars Körfəzində süqut edib.
Maide.az xəbər verir ki, Amerikanın dövlət mediasının internet portalı yazıb ki,  Amerika Dəniz Donanmasının sözçüsü elan edib ki,  ABŞ-ın F-18 təyyarəsi dünən axşam Teodor Ruzvelt hərbi gəmisindən havaya qalxandan sonra qəzaya uğrayıb.
Təyyarəinin iki pilotu Amerika təyyarədaşıyan gəmisinin işçiləri tərəfindən xilas edilib.
İlkin xəbərlərə görə, təyyarənin pilotları  ciddi xəsarət almayıblar. Məlumatda qırıcının süqutunun  səbəbi qeyd olunmayıb./
 

Google+ WhatsApp ok.ru