ABŞ-ın Şimali Koreya ilə bağlı planları mətbuata sızdı

ABŞ-ın Şimali Koreya ilə bağlı planları mətbuata sızdı

Tramp administrasiyası Şimali Koreyaya qarşı çoxpilləli sanksiya planı hazırlayıb. Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu planda həm iqtisadi sanksiyalar, həm də hərbi güc tətbiqi gözdən keçirilir.
 
Agentliyin məlumatına görə, Tramp ilk növbədə diplomatik və iqtisadi tədbirlərə üstünlük verəcək. Sanksiyaların tətbiqi qismən olsa da, BMT vasitəsilə həyata keçirilə bilər.
 
Rsəmi Pxenyana qarşı sanksiyalar arasında bu ölkəyə neft idxalına embarqo qoyulması, yerli balıq məhsulları və daş kömürün xaricdə satılmasına məhdudiyyətlər, Şimali Koreya təyyarələrinin başqa ölkələrin hava sərhəddini keçməsinə və gəmilərin xarici limanlara daxil olmasına qadağa qoyulması daxildir. Eyni zamanda, bu ölkə ilə əməkdaşlıq edən Çin banklarının da Vaşinqtonun sərt təzyiqləri ilə üzləşəcəyi bildirilir.
 
Məlumata görə, Koreya rəhbərliyi aprelin 15-də yeni nüvə sınaqları keçirməyi planlaşdırır. /

Google+ WhatsApp ok.ru